Azərbaycan və Türkiyə arasında Milli Piyada Tüfəngi layihəsində iştirakla bağlı müzakirələr aparılıb.
Bu barədə APA-ya Türkiyə Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.
SSM nümayəndə heyətinin Bakıya səfəri zamanı gerçəkləşən müzakirələrdə Azərbaycanın bu layihədə hansı formada iştirakına dair fikir mübadiləsi aparılıb.
Azərbaycan tərəfi ilkin mərhələdə bu silahın müəyyən hissələrini istehsal edə biləcəyini açıqlayıb. Türkiyə tərəfi tüfəngin seriyalı istehsalına başlanandan sonra Azərbaycana istək olarsa, istehsal üçün lisenziya verə biləcəyini bəyan edib.
Qeyd edək ki, bu ilin may ayının əvvəlində İstanbulda keçirilən IDEF-2013 beynəlxalq müdafiə sərgisində MKE şirkətində Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və müdafiə sənayesi naziri Yavər Camalov üçün piyada tüfənginin təqdimatı keçirilib.
Mənbə: Lent.az