"V Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvəti məmnuniyyətlə qəbul etdim".
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, tanınmış israilli klarnet ifaçısı Mixail Qurfinkel AzərTAc-a müsahibəsində deyib. O, Yerusəlim Simfonik və “Yeni Rusiya” dövlət simfonik orkestrlərinin festivala dəvət edilməsini yüksək qiymətləndirib.
Diqqətə çatdırılıb ki, İdil Biret, Boris Berezovski, Yuri Başmet, Jan Bernard Pommier, Ayman Musaxacayeva və digər dünya şöhrətli musiqiçilərin bu mötəbər sənət bayramında iştirakı beynəlxalq musiqi arenasında festivalın nüfuzunun gündən-günə artmasına bariz nümunədir.
Ətraf ərazilərdən də tamaşaçıların bu möhtəşəm incəsənət bayramını izləmək üçün Qəbələyə toplaşdığını qeyd edən Mixail Qurfinkel, yerli əhalinin musiqi duyumunun yüksək olduğunu xüsusilə vurğulayaraq deyib: “İsrail və Azərbaycan arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir. Festivalda Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə kimi inanılmaz dostlar qazandım. Bir müddət əvvəl Qüdsdə “Qəbələ Yerusəlimdə” adlı konsert proqramı ilə çıxış etdik. Bu, ölkələrimizin bir-birini beynəlxalq aləmdə daim dəstəklədiklərini bir daha təsdiqləyir”.
Mənbə: Milli.Az