Qadin.NET / Rövnəq Abdullayev “Qarabağ”ı təbrik edib

Rövnəq Abdullayev “Qarabağ”ı təbrik edib

Rövnəq Abdullayev “Qarabağ”ı təbrik edib

AFFA-nın prezidenti Rövnəq Abdullayev qələbə münasibəti ilə “Qarabağ” klubunu təbrik edib.

Lent.az-ın verdiyi məlumata görə, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş “Qarabağ” – “Qefle” (İsveç) oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev paltardəyişmə otağına gələrək “Qarabağ” komandasının üzvlərini qələbə münasibətilə təbrik edib, təmsilçimizə UEFA Avropa Liqasında yeni qələbələr arzulayıb.

Xatırladaq ki, “Qarabağ” – “Qefle” oyunu 1:0 hesabı ilə Ağdam klubunun xeyrinə başa çatıb.
Mənbə: Lent.Az

4 avqust 2013
GO BACK