Qadin.NET / Adam başına düşən mənzil sahəsi genişləndiriləcək

Adam başına düşən mənzil sahəsi genişləndiriləcək

Ölkədə mənzil sahəsinin yeniləşməsi əsasında adam başına mənzil sahəsinin artırılması nəzərdə tutulur.

Bu barədə “APA-Economics”ə açıqlamasında “Böyük Bakının Regional İnkişaf Planı” haqda danışan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

C. Qocayev deyib ki, yeni Bakının gələcək planı ilə bağlı hazırladıqları təkliflər arasında adambaşına mənzil sahəsinin 24 kvadratmetr olması əksini tapıb. Lakin şöbə müdirinin sözlərinə görə, bu, son hədd olmayacaq, gələcəkdə bu sahənin da daha artırılması mümkün ola bilər.

Hazırkı statistikaya görə, adambaşına düşən mənzil sahəsi 17 kv.m təşkil edir.

Qeyd edək ki, “Böyük Bakının Regional İnkişaf Planı” çərçivəsində sosial evlərin də tikilməsi nəzərdə tutulur. 

Mənbə: APA

3 avqust 2013
GO BACK