Qadin.NET / Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı

Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan peyvənd vurdurduqdan bir gün sonra özünü yaxşı hiss etdiyini bildirib.
Bu barədə “Anadolu” Agentliyi xəbər yayıb.
“Peyvənddən sonra heç bir yan təsir yoxdur, özümü çox yaxşı hiss edirəm”, - deyə o, bildirib.
R.T.Ərdoğan peyvəndin ikinci dozasını 28 gün sonra vurduracağını da qeyd edib.
Xatırladaq ki, Türkiyənin dövlət başçısı yanvarın 14-də Ankara Şəhər Xəstəxanasında koronavirus əleyhinə peyvənd olunub.

15 yanvar 2021
GO BACK