Los-Ancelesdə apteklərin birinə daxil olan hollivud ulduzu Bryus Uillis oradan qovulub.
“PageSix” portalı xəbər verir ki, tanınmış aktyor aptekə maskasız daxil olub ki, bu da digər alıcılar tərəfindən narazılıqla qarşılanıb. Aptek əməkdaşlarının qoruyucu maska taxmaq tələbi qarşılığında aktyor “Mən azad yaşamaq istəyirəm”, - deyərək etiraz edib.
Aptek personalı B.Uillisə heç olmasa, boynundakı şərfi ilə üzünü örtməyi təklif ediblər. Lakin o, bunu da etməyəcəyini bildirib. Belə olan halda əməkdaşlar ulduz aktyordan apteki tərk etməyi tələb ediblər. B.Uillis aptek işçiləri və digər alıcıların təzyiqi ilə çölə çıxmağa məcbur olub.