Qadin.NET / Dünyaca məşhur milyarder vəfat etdi

Dünyaca məşhur milyarder vəfat etdi

"Las Vegas Sands" kazino şirkətinin qurucusu, amerikalı milyarder Şeldon Adelson vəfat edib.
Qadin.Net xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdir qan xərçəngindən əziyyət çəkən milyarder 88 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, “Forbes” jurnalının 2020-ci ildə yaydığı məlumata əsasən, Şeldon Adelson 30,8 milyard dollar sərvətlə dünyanın ən varlı insanları sırasında 28-ci yerdə qərarlaşmışdı.

12 yanvar 2021
GO BACK