İkinci Qarabağ müharibəsindən geri dönən əsgərimiz Xəyal Kərimov Sumqayıta çatar-çatmaz sürprizlə qarşılaşıb. Valideynləri onu sevdiyi qızla elə avtomobildən düşən kimi nişanlayıblar.
Qadin.Net Baku TV -yə istinadən xəbər verir ki, bu X.Kərimovun anasının istəyi olub.
Qeyd edək ki, 27 sentyabrdan başlanan döyüşlərdə igidlərimiz böyük şücaətlər göstərib. 44 günlük “Dəmir yumruq” əməliyyatında Azərbaycan ordusu öz qüdrətini göstərdi və düşmənə layiqli cəzasını verdi.