Qadin.NET / ÜST-dən kütləvi peyvəndləmə barədə AÇIQLAMA

ÜST-dən kütləvi peyvəndləmə barədə AÇIQLAMA

 Bəşəriyyət bu il koronavirusa qarşı kollektiv peyvəndləməyə nail ola bilməyəcək.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş tədqiqatçısı Sumya Svaminatan “Twitter”də yayımlanan brifinqdə deyib.
O bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını alan tədbirlərə riayət etmək vacibdir.
“2021-ci ildə kütləvi peyvəndləməyə nail ola bilməyəcəyik. Bəzi ölkələrdə həssas insanlar qalacaq. Buna görə də, peyvəndləmə ən həssas insanlar arasında aparılarkən tədbirlərə riayət etmək lazımdır. Biz əhalinin digər təbəqələrinə də yardım etməyə başlayırıq”, - deyə o qeyd edib.
ÜST rəsmisi əlavə edib ki, bir il əvvəl heç kim koronavirusa qarşı bir yox, bir neçə peyvəndin tapılacağını xəyal belə edə bilməzdi.

12 yanvar 2021
GO BACK