Rusiya Qarabağla bağlı bütün fəaliyyətlərində ATƏT-in Minsk qrupunun prinsiplərinə əməl edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə deyib.
“Xüsusilə qeyd etmək istəyirəm ki, Rusiya bütün fəaliyyətində müntəzəm olaraq ATƏT-in Minsk Qrupu tərəfindən əldə olunan razılaşmalara riayət etməyə çalışıb. Tərəfdaşlarımızla, Minsk Qrupunun sədrləri ilə mövqelərimizi mütəmadi olaraq uyğunlaşdırmağa çalışırıq”.