Qadin.NET / İlon Mask dünyanın ən varlı adamı oldu

İlon Mask dünyanın ən varlı adamı oldu

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask dünyanın ən zəngin insanları sırasında birinci olub.
Qadin.Net xarici mətbuata istinadən xəbər verir ki, Mask hazırda 2-ci yerdə qərarlaşan "Amazon" şirkətinin rəhbəri Ceff Bezosu 188,5 milyard dollarla geridə qoyub.
İlon Mask "Tesla" şirkətinin səhmlərinin artması sayəsində ilk pilləyə qalxıb.
Qeyd edək ki, Ceff Bezosun 187 milyard dollar sərvəti var.

8 yanvar 2021
GO BACK