Qadin.NET / Nazirlikdən işğaldan azad olunan ərazilərdə hidrometeoroloji şəbəkənin bərpası ilə bağlı AÇIQLAMA

Nazirlikdən işğaldan azad olunan ərazilərdə hidrometeoroloji şəbəkənin bərpası ilə bağlı AÇIQLAMA

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tez bir zamanda işğaldan azad olunan ərazilərdə hidrometeoroloji şəbəkəni bərpa etmək istiqamətində işlər görəcək”.
Qadin.Net-in verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“Biz ümid edirik ki, ən qısa zaman çərçivəsində onların fəaliyyəti bərpa olunacaq”, - deyə o qeyd edib.
U.Tağıyeva əlavə edib ki, işğal altında olan ərazilərdə su ehtiyatları, eyni zamanda, ətraf mühitə dəyən ziyanları qiymətləndirmək üçün xüsusi komissiya yaradılıb.

8 yanvar 2021
GO BACK