Qadin.NET / Nazirlik rəsmisindən Bakıda şüalanma məsələsi ilə bağlı AÇIQLAMA

Nazirlik rəsmisindən Bakıda şüalanma məsələsi ilə bağlı AÇIQLAMA

 “Yaşayış yerinə yaxın mobil operatorların ötürücü antenalarının şüalanması ilə bağlı sakinlərdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qaynar Xəttinə 17 müraciət daxil olub”.
Qadin.Net-in verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, vətəndaşların şikayətləri araşdırılıb:
“16 şikayət öz əksini tapmayıb. Şüalanma norma daxilində müəyyən olunub. Qurğuların texniki parametrləri var”.
O qeyd edib ki, antenalar tək Bakıda yox, bütün ölkələrdə qurulur:
“Texniki pasportda qeyd olunan göstəricilərdə mənfi təsir iki metr məsafə dairəsində olmur. Bu məsələyə dövlət nəzarət Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir”.


8 yanvar 2021
GO BACK