Qadin.NET / Yaxın günlərdə Bakıda qar yağacaq? - AÇIQLAMA

Yaxın günlərdə Bakıda qar yağacaq? - AÇIQLAMA

 “Son on ildə Bakı şəhərində qarlı-şaxtalı günlərin sayında azalma müşahidə olunur”.
Qadin.Net-in verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“Ən sərt qış 1972-ci ildə olub. 2002-ci ildə dekabr ayı çox soyuq keçib. Həmin vaxt 18 dəfə arktik hava kütlələri daxil olmaqla, Abşeron yarımadasında şaxtalı günlərin sayını artırmışdı.
2012-ci ildə fevral ayında Xəzər dənizinin Nabrandan Sumqayıta qədər donması müşahidə olunub”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, yaxın günlərdə Bakıya qar yağması müşahidə olunmayacaq:
“Bu barədə uzunmüddətli proqnoz vermək mümkün deyil. İki-üç günlük proqnozlar daha etibarlıdır. Amma heç kim deyə bilməz ki, 2012-ci ilin fevral ayında müşahidə olunan qarlı, şaxtalı hava yenidən olmayacaq. Əgər belə olarsa, biz 2-3 gün qabaqcadan əhaliyə məlumat verəcəyik”.

8 yanvar 2021
GO BACK