Qadin.NET / Çağlanı və övladlarını ölümlə hədələyən şəxs saxlanıldı

Çağlanı və övladlarını ölümlə hədələyən şəxs saxlanıldı

 Uzun müddətdir Çağla Şıkeli “Yaxın zamanlarda öləcəksən, səni və övladlarını öldürəcəm” mesajları ilə şantaj edən şəxsin kimliyi ortaya çıxıb.
Qadin.Net  türk mətbuatına istinadən bildirir ki, ötən ilin oktyabrından qorxulu mesajlar alan Çağlanı təhdid edən şəxs həbsdən yeni çıxan məhkum imiş. Çağlanın şikayəti üzrə tutulan şəxs modeli onun yaxşılığı üçün təhdid etdiyini deyib.
“Sosial mediada etdiyi paylaşımların hamısını izləyirdim. Övladları ilə tez-tez videolarını paylaşırdı. Şəxsi həyatını çox nümayiş etdirirdi. Çağlanı yaxşılığı üçün şantaj etdim ki, şəxsi həyatını gündəmə gətirməsin” - deyə, məhkum bildirib.

7 yanvar 2021
GO BACK