Qadin.NET / Məşhur aktrisa sağdır!

Məşhur aktrisa sağdır!

“A View to a Kill” filmində agent “Ceyms Bond”un sevgilisi rolunu oynayan amerikalı aktrisa və model Tanya Robertsin yaxınları onun ölümünü təkzib edib.
Bu barədə “Associated Press” xəbər yayıb.
Bundan əvvəl 65 yaşlı aktrisanın itləri ilə gəzintiyə çıxarkən yıxıldığı və ağır travma aldığı barədə məlumat yayılmışdı. Bildirilirdi ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və aktrisa vəfat edib.
Bir müddət sonra məlum olub ki, kino ulduzu ağır vəziyyətdə olsa da, yaşayır.
Tanya Roberts 1980-ci illərin əvvəllərində seks simvollardan biri sayılırdı.
O, həmçinin “The Beastmaster”, “Sheena”, “Almost Pregnant” kimi filmlərdə də rol alıb

5 yanvar 2021
GO BACK