Bir qrup elm adamı və arxeoloq Türkiyənin Urla Çeşmə yarımadasında Afroditanın məbədini aşkarlayıb.
“Daily Sabah”ın məlumatına görə, Çeşmə, Urla, Seferihisar ərazisində aparılan araşdırmalarda 16-sı Qədim neolit dövrünə aid olmaqla 35 antik mədəniyyət yeri aşkarlanıb. Belə ki, onların arasında bizim e.ə IV əsrə aid olan gözəllik ilahəsi sayılan Afroditanın məbədinin qalıqları da var.
Qazıntı işlərinə başçılıq edən Memar Sinan adına Universitetin arxeoloqu Elif Koparal bildirib ki, Afrodita öz dövründə ən çox rəğbət görən ilahələrdən biri olub.
Arxeoloqun sözlərinə görə, qazıntılar aparılan illər ərzində o yerli sakinlərlə əməkdaşlıq edib. Məhz onlar tapılan tarixi əşyaları kontrabandistlərdən və qaçaqmalçılardan qorumağa yardımçı olub.