Qadin.NET / Meqan Markl artıq bahalı geyimlər almır

Meqan Markl artıq bahalı geyimlər almır

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl saraydan ayrılsa da dünya mediasının gündəmindən düşmür.
Axşam.az xarici KİV-nə istinadən xəbər verir ki, bir müddət əvvəl Kembric hersoginyası Keyt Middltonun geyimlərinə diqqət çəkən xarici media bu dəfə Marklın libaslarının qiymətini araşdırıb.
2018-ci ildən kral ailəsi üzvü olan Meqan əvvəl geyimlərinə 5 qat artıq pul xərcləyirdi.
Lakin aktrisanın ötən il geyindiyi libasların qiymətinin 44 min funt-sterlinq (təxminən 101 min 292 manat) olduğu məlum olub. Bu onun kral ailəsilə yaşadığı zaman geyindiyi paltarların qiymətindən 4 dəfə azdır.

3 yanvar 2021
GO BACK