Yanvarın 1-dən etibarən yayımlanmağa başlayan Acun Ilıcalının “Exxen” rəqəmsal platforması rəngarəng layihələri və maraqlı ekran işləri ilə böyük ümidlər vəd edirdi.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, yeni kanal yayıma başlandığı andan tənqid atəşinə tutulub.
Sosial media istiadəçiləri “Exxen”i digər xarici platformalarla müqayisə edərək xeyli çatışmazlıq olduğunu qeyd ediblər.
Üstəlik izləyicilər pul ödəyib abunə olduqları kanalın yayımı keyfiyyətsiz olduğuna görə də çox qəzəbləniblər.