Türkiyəli aktrisa Fahriye Evcen sosial media hesabında yeni fotolarını paylaşıb.
Qadin.Net türk mətbuatına istinadən bildirir ki, Yeni ili həyat yoldaşı Burak Özçivit və oğlu Karanla qeyd edən aktrisa evinin həyətində çəkdirdiyi yeni şəkillərini İnstaqram hesabında paylaşıb.
Fahriya paylaşdığı şəkillərinə “Yeni Dövr: Xahiş edirəm bəşəriyyətə qarşı mehriban olun...” qısa şərhini yazmağı da unutmayıb.
Onun bu paylaşımı sosial media istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb. Fotolara minlərlə bəyəni və şərh gəlib.