Rusiyanın Kuznetsk şəhərində şahidlər bir gəncin eyvandan qəribə “qaçış” anının videosunu çəkiblər.
Kadrlar “VKontakte”də “Podsluşano v Kuznetske” qrupunda paylaşılıb.
Görüntülərdə əynində gödəkçəsi olan kişinin üçüncü mərtəbənin eyvanından sallandığı görünür. Başqa birisi onu içəri salmağa çalışır, ancaq bu səyləri nəticə vermir. Sonda gənc mağazanın üzərindəki örtüyə yıxılır. Sonra dərhal yerindən qalxaraq təhlükəsiz məsafəyə uzaqlaşır.
Görüntülər sosial şəbəkədə çoxsaylı müzakirələrə səbəb olub. İstifadəçilər nələrin baş verdiyi barədə ehtimallar yürüdüblər. Bir çoxları kişini sevgilisinin ərindən qaçan biri olduğu fərziyyəsini irəli sürüb, digərləri onun yaxınlıqdakı şərab dükanına ən qısa yolu seçdiyini deyib.
Bəziləri isə onun “Hörümçək adam” və ya “Karlson” olduğu barədə zarafatlar edib.