ABŞ-ın Virciniya ştatının Bun dairəsində 42 nəfərə COVID-19 “Moderna” peyvəndi əvəzinə, təsadüfən ABŞ prezidenti Donald Trampın xəstəliyi zamanı istifadə olunan “Regeneron” koronavirusu üçün antitelləri olan “kokteyl” vurulub.
Bu barədə CNN xəbər yayıb.
Yerli səhiyyə şöbəsinin səlahiyyətliləri xəstələrin həyatı üçün təhlükə olmadığını bildirib. General-mayor Ceyms Hoyer hadisə məlum olduğu anda hər şeyi düzəltmək üçün dərhal addımlar atıldığını izah edib.
Bun dairəsinin Səhiyyə Departamenti səhv barədə zərərçəkənləri xəbərdar edib və onlara COVID-19 peyvəndinin yenidən vurulmasını təklif edib.
Departament bu səhvin necə baş verdiyini tam olaraq izah etməyib.