Türkiyəli müğənni Sinan Özən yeni ili xəstəxanada qarşılayıb.
Qadin.Net xəbər verir ki, qızı Neva ilə fotosunu sosial şəbəkədə paylaşan sənətçi “2021-ci ilə xəstəxanada qızım Neva ilə girdim. Xəsətəxanada olan bütün övladlarımıza Allah şəfa versin” sözlərini yazıb.
Qeyd edək ki, Neva doğulduğu gündən bağırsaq problemlərinə görə 8 dəfə əməliyyat keçirib.