Qadin.NET / Yeni ilin ilk körpəsinə bu ad verildi

Yeni ilin ilk körpəsinə bu ad verildi

Azərbaycanda yeni ildə doğulan ilk körpənin adı məlum olub.
Qadin.Net APA-ya istinadən xəbər verir ki, 2021-ci ilin ilk günündə ölkədə doğulan ilk körpə kimi qeydə alınan qız uşağı Goranboy rayonunun Zeyrə kəndinin sakinidir.
Kənd sakini Elşən Qədimovun ailəsində dünyaya göz açan körpə ailənin ikinci övladıdır. Artıq doğmaları ona ad da seçib. İlin ilk körpəsinin adı Ruhangizdir.
Məlumata görə, Ruhangiz Qədimovanın və anasının vəziyyəti normaldır.
Qeyd edək ki, yeni ilin ilk doğumu saat 00:01-də Goranboy Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Körpənin çəkisi 3 kq 300 qramdır.

2 yanvar 2021
GO BACK