Qadin.NET / Seda Sayanın ifasını ələ saldılar

Seda Sayanın ifasını ələ saldılar

Müğənni Seda Sayan ifa etdiyi mahnıya görə tənqidlərə məruz qalıb.
Qadin.Net türk mətbuatına istinadən bildirir ki, ötən gün "İbo Şou" proqramına qatılan sənətçi mərhum ifaçı Ahmet Kayanın repertuarından bir mahnı ifa edib.
“Dostum Dostum” mahnısını səsləndirən sənətçi sosial mediada tənqid edilib.
İstifadəçilər Seda Sayanın ünvanına “Bu mahnını səsləndirməyə səsin yetməz”, “Bu nə ifadır Seda? Ahmet Kaya eşitsəydi yenidən ölərdi”, “Seda Sayan Ahmetin “Dostum Dostum” mahnısını qətlə yetirdi” kimi sözlər yazaraq onu ifasını ələ salıblar.

1 yanvar 2021
GO BACK