Şimali Koreya lideri Kim Çen In xalqını Yeni il münasibətilə təbrik etməyib.
“RİA Novosti” xəbər verir ki, əvəzində onun əlyazma məktubu təqdim edilib.
“Bütün ürəyimlə ölkənin bütün ailələrinə dəyərli xoşbəxtliyin daha da çiçəklənməsini, əziz xalqıma firavanlıq diləyirəm”, - deyə Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAC) tərəfindən dərc edilən məktubda qeyd olunur.
O, həm də xalqının ideallarının və istəklərinin yeni çiçəklənmə dövrünə yaxınlaşması üçün daha da güclü mübarizə aparacağına söz verib.