Qadin.NET / Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi

Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi

 Britaniyanın Dorset qraflığında Bornmut şəhərinin sakini koronavirusa yoluxduqdan sonra ayağını itirib.
Bu barədə “Dailiy Mail” xəbər yayıb.
Oktyabr ayının sonunda 56 yaşlı Li Mebbett COVID-19-a yoluxub. O, dadbilmə qabiliiyyətini itirib, bütün bədəni ağrımağa başlayıb. On gün evdə təcrid olunduqdan sonra Mebbettin səhhəti yaxşılaşıb.
Mebbet xəstəlikdən qurtulduğuna qərar verib, lakin sonradan sağ ayağını yaxşı hiss edə bilmədiyini başa düşüb. Bu səbəbdən Milli Səhiyyə Xidmətinin mütəxəssislərinə zəng edib. Tibb işçiləri ona ağrıkəsici qəbul etmələrini məsləhət görüb.
Bir neçə gündən sonra ayağındakı ağrı kəskinləşib. Bu dəfə isə ona təcili yardıma müraciət etməsi məsləhət görülüb. Kompüter tomoqrafiyası xəstənin yuxarı bud hissəsində 15 sm tromb aşkar edib.

Cərrahlar dərhal Mebbetin ayağında laxtanı çıxarmaq və qan dövranını bərpa etmək üçün əməliyyat aparıblar. Ancaq bir neçə gündən sonra xəstənin sağ ayağının barmaqları və dabanları qaralmağa başlayıb. Əməliyyatdan sonra Mebbett 13 gün xəstəxanada qalsa da, qan dövranı bərpa olunmayıb.
Həkimlər yanvar ayında xəstənin ayağını kəsməyə qərar veriblər və kişi müvəqqəti olaraq xəstəxanadan çıxarılıb. Lakin dekabrın ortalarında o, yenidən tibb müəssisəsinə aparılıb və ayağı tamamilə qaraldığı üçün amputasiya qərarı verilib.
Mebbett koronavirusa yoluxmazdan əvvəl tamamilə sağlam olduğunu deyib.
O, hər kəsə müraciət edərək, koronavirusa yoluxmamaq üçün sosial məsafəni qorumağa çağırıb

31 dekabr 2020
GO BACK