Qadin.NET / Fevralın 5-də xaos bitir, amma maya kimi... - 2021-ci ilin PROQNOZU

Fevralın 5-də xaos bitir, amma maya kimi... - 2021-ci ilin PROQNOZU

 Məşhur rus ekstrasensi Aleksandr Litvin 2021-ci il üçün proqnozlarında pandemiya və iqtisadi vəziyyətin necə olacağına toxunub.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ekstrasens gələn ili xaosdan bərpa ili adlandırıb.

“Gələn il təbiətin tsikli pozulacaq. Bu barədə qədim Eklesistdə də deyilib. Orda qeyd olunub ki, əvvəlki il xaos dövrü olub. 2020-ci il sahmanın pozulması, xəstəliklər ili olduğu üçün, qanunauğunluğa uyğun olaraq, gələn il şəfa və bərpa ili olacaq. Bu təkcə fiziki yox, ruhi mənəvi sağalma ilidir. Xaos bitəcək, bəşəriyyət dərindən təmizləmə, sahman yaratmaq, yenidən qurmaq dövrünə qədəm qoyacaq.

İnsanlar xaos təcrübəsini qazandılar, təcrübə topladılar. Biz indi həqiqi nizam intizam necə olmalıdır bilirik. Ötən 2 ildə itirilən bütün dəyərləri pillə-pillə bərpa edəcək, daha dərindən qiymətini biləcəyik.

Pandemiya təkcə virus və xəstəlik deyildi. O, bioterapiya idi. Virus onkoloqları xərçəng xəstələrinə təyin etdiyi kimyaterapiya kmidir. İlk baxışdan ağırdır, zərərlidir, orqanizm üçün zəhərdir, amma eyni zamanda dərmandır. Məsələ ondadır ki, xəstənin xilası onun nə qədər gücünün qalmasından asılıdır. Bu gün pasiyentlər təkcə virusa yoluxanlar deyil, bütün insanlıqdır.

2021-ci ilin 5 fevralından xaosdan sonrakı ilin başlanğıcı qoyulur. Bu dövrə kimi yer əhalisinin bioterapiyası davam edəcək.

Fevraldan sonra nisbi sakitlik gələcək, hər şey azalmağa başlayacaq, amma pandemiyanın zərərləri maya kimi hiss olunacaq. Amma artıq Yer xaosda olmayacaq.

Sağalmaq dövrü gəlir. Çoxları deyəcək ki, bəli, vaksinlər uğurlu oldu, peyvəndləmə virusu azaltdı. Amma bu sadəcə separasiyanın, bioterapiyanın bitməsi deməkdir. Qalanları bəhanədir.

Bu pandmeyanın əsas qlobal məqsədi və işi insan populyasiyası genetikasını dəyişmək idi. Demək olar ki, virusun keçmədiyi yaşlı orqanizm qalmadı. Yalnız bir kateqoriyaya toxunmadı: uşaqlar.

Koronavirus 4 nəsil boyu çoxlu karmik səhv və günahlar edən şəxslərə yoluxur. Uşaqların isə bu səhvləri hələ düzəltməyə vaxtı olduğu üçün onlara zaman verildi. Təbiət onlara qarşı rəhmli oldu.

2021- Zəhmət ilidir

İl durmadan çalışmaq, qurmaq, yaratmaq, alın təri tökmək tələb edir. Tənbəllik olmaz.

Bu il alkoqollu içkidən uzaq olmaq lazımdır. Əgər xaos ilində içki depressiyaya qarşı lazım idisə, bu il depressiya ilə mübarizə vasitəsi iş və əmək olmalıdır.

Kim xaos ilindən sonra ətrafını, özünü, işini, evini sahmana salsa və başı yalnız iş görməyə qarışsa, onun da əməyi mükafatlandırılacaq”.

30 dekabr 2020
GO BACK