Qadin.NET / Azərbaycana məxsus PUA-nın səsinə məhəl qoymayan erməni polkovnik-leytenant həbs olundu

Azərbaycana məxsus PUA-nın səsinə məhəl qoymayan erməni polkovnik-leytenant həbs olundu

 Ermənistanda hərbi hissələrdən birinin komandir müavini, polkovnik-leytenant A.V. həbs olunub.
O, Dağlıq Qarabağda döyüş əməliyyatları zamanı 18 hərbi qulluqçunun ölümünə, bir nəfərin isə yaralanmasına səbəb olan əmr verməkdə şübhəli bilinir.
“Sputnik”in xəbərinə görə, bu barədə Ermənistan Prokurorluğunun mətbuat xidməti məlumat verib.
Ölən hərbçinin atası X.O. Baş prokuror Artur Davtyana bir məktub ünvanlayaraq, oğlunun Qarabağa göndərilməsini öyrəndikdən sonra şəxsi heyəti dəstəkləmək üçün avtomobili ilə oraya getdiyini yazıb.
Onun sözlərinə görə, oktyabrın 9-da Xanlıq kəndi (Qubadlı rayonu – red.) ərazisində Azərbaycan Silahlı Qüvvələrinə məxsus zərbə PUA-nın səsinin eşidilməsinə baxmayaraq, hərbi hissə komandirinin müavininin maşından düşən hərbçilərə onun içərisinə minib hərəkətə davam etməsini əmr etdiyinin şahidi olub. Dəqiqələr sonra avtomobil pilotsuz təyyarənin atəşinə tutulub və içindəki əsgərlər öldürülüb.

Prokuror İstintaq Komitəsinə bir məktub göndərib. İlkin istintaq zamanı hadisənin, həqiqətən, belə baş verdiyi məlum olub.

Bununla yanaşı, Ermənistanın Hava Hücumundan müdafiə qüvvələrində bir sıra ciddi problemlərin mövcudluğu qeyd edilib.

Əldə olunan dəlillərə əsasən, polkovnik-leytenant A.V. hərbi vəziyyət zamanı səlahiyyətdən ağır nəticələrə səbəb olan sui-istifadə ittihamı irəli sürülüb. Elə həmin gün o həbs olunub.

30 dekabr 2020
GO BACK