Qadin.NET / Pekində 42 illik rekord yeniləndi

Pekində 42 illik rekord yeniləndi

Pekinin şimal-qərbindəki “Foyedin” meteostansiyası çərşənbə axşamında dekabr ayı üçün 1978-ci ildən bəri ən aşağı temperaturu qeydə alıb.
Qadin.Net bildirir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə şəhərin meteoroloji ofisindən məlumat verilib.
Müəyyən edildiyi kimi, havanın temperaturu -24.6 dərəcə olub.
“Foyedin” - Pekindəki ən yüksək (1224,7 metr yüksəklikdə) meteoroloji stansiyadır, onun ötürdüyü məlumatlar Çin paytaxtında qısamüddətli hava proqnozlarının formalaşmasında mühüm rol oynayır.

30 dekabr 2020
GO BACK