Qadin.NET / Qadın öz bacısını dünyaya gətirdi

Qadın öz bacısını dünyaya gətirdi

 Şotlandiyada qadın öz bacısını dünyaya gətirib.
Bu barədə “Daily Record” xəbər verir.
Bildirilir ki, İnverness şəhərinin 25 yaşlı sakini Holli Sammers 49 yaşlı anası Fey üçün suroqat analıq və yumurta donorluğu edib.
Məlumata görə, Fey və 46 yaşlı əri Endryu (Sammersin ögey atası) uzun illər uşaq arzusunda olublar. Lakin bu, elə arzu olaraq qalıb.
Nəhayət onlar Sammersi surroqat ana olmağa dəvət etdilər. Lakin tədqiqatlar zamanı ananın yumurta hüceyrələrinin yararsız olduğu məlum olur. Bundan sonra Holli həm surroqat ana, həm də yumurta donoru oldu.
Sammers dünyaya gətirdiyi bacısının adını Uillou qoyub. Bundan başqa qadının 3 yaşlı Arven adlı qızı da var.
Sammers dünyaya gətirdiyi uşağın anasının qızı olduğunu tam qəbul edir.
“Mən Uillounu dünyaya gətirdim və heç bir tərəddüdsüz dərhal anama verdim. Uillou mənim yumurta hüceyrəmdən dünyaya gəlsə də, onun yeganə anası var və bu, mən deyiləm. Endryu və anam evlənən günündən övlad arzusuna olublar. Ancaq anam sterilizasiyadan keçmişdi və çoxdan buna peşman olub”.
Ailə Uillouya hər şeyi böyüdükdən sonra danışmağı planlaşdırır.
“Onun hekayəsi qeyri-adidir, amma sevgi içində anadan olub və bu vacibdir”, - deyə Sammers vurğulayıb.

30 dekabr 2020
GO BACK