Qadin.NET / Hadisə "TikTok"da konsert verəcək

Hadisə "TikTok"da konsert verəcək

Koronavirusa qalib gələn Hadisə Yeni İl gecəsi konsert verəcək.
Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, "TikTok"da yayımlanacaq konsert üçün müğənni 500 min lirə (təxminən 114 min manat) qonorar alıb.
Hadisə 3 saatlıq konserti zamanı repertuarında yer alan sevilən ifalarını səsləndirəcək. Bunun üçün sənətçinin studiyalardan birində gecə-gündüz məşq etdiyi bildirilib.
O, xaricdən sifariş etdirdiyi 4 fərqli və qeyri-adi səhnə libası ilə tamaşaçıların qarşısına çıxacaq.

29 dekabr 2020
GO BACK