Britaniyalı müğənni Cessi Cey menyer xəstəliyindən (nadir hallarda rastlanan ani başgicəllənmə, eşitmə itkisinə səbəb ola biləcək daxili qulaq xəstəliyi) əziyyət çəkdiyini açıqlayıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bu barədə İnstaqram hesabında məlumat verən 32 yaşlı müğənni dekabrın 24-də xəstəxanaya yerləşdirildiyini bildirib:
"Yuxudan oyananda sağ qulağımın eşitmədiyini hiss etdim. Ayağa qalxanda düz xətt üzrə yeriyə bilmədim. Həkimlər menyer sindromu olduğunu söylədilər. Bir çoxlarının bundan əziyyət çəkdiyini bilirəm və onlar mənə böyük məsləhətlər verdilər. Daha pis ola bilərdi. Sağlamlığım üçün həkimlərə minnətdaram. Erkən müayinə və doğru dərmanları qəbul etdiyim üçün indi özümü yaxşı hiss edirəm".