Koronavirusun havada qalma müddəti 10 qat artmış ola bilər.
Qadin.Net xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyi Koronavirusla Mübarizə Elmi Komitəsinin üzvü, Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Xəstəlikləri Şöbəsinin müəllimi, professor Ateş Kara deyib.
“Biz bu virusun istilikdən və Günəş işığından təsir gördüyünü söyləmişdik. Əvvəllər masa üzərində bəlkə 1-2 dəqiqə, hətta 30 saniyə qaldıqda yoluxma potensialını itirirdi. İndi bu müddət qış mövsümü səbəbilə 5 dəqiqəyə qədər çıxa bilir. Deyək ki, məndə virus var. Mən masamda danışanda və ya öskürəndə çıxan virus 1 dəqiqə belə canlı qala bilmirdi. İndi 10 dəqiqə canlı qala bilir. Buna görə də mütləq əl gigiyenasına diqqət etmək lazımdır”, - professor qeyd edib.