“Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldu “Globe Soccer Fan”ın ona təqdim olunan “İlin futbolçusu” mükafatından imtina edib.
Bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Mənbə yazır ki, portuqaliyalı ulduz “Bavariya”nın futbolçusu Robert Levandovskinin bu mükafata daha layiq olduğunu əsas gətirərək ondan imtina etmək qərarına gəlib.
Qeyd olunur ki, K.Ronaldu sözügedən qərarı verməmişdən əvvəl agenti Xorxe Mendeslə də məsləhətləşib, polşalı futbolçunun mövsümdə qazandığı uğurları nəzərə alaraq, onun bu mükafatı əldə etməyə daha çox layiq olduğu qənaətinə gəlib.