2021-ci ilin yanvarından etibarən yayıma başalaycaq “Exxen” rəqəmsal platforması üçün hazırlıqlar davam edir.
Qadin.Net türk mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalının 900 milyon lirəlik kanalında sosial media fenomenləri, aktyorlar, müğənnilər və aparıcılar yer alacaq.
Aparıcılar arasında Acunun keçmiş həyat yoldaşı Şeyma Subaşı da var. Onun Ilıcalının kanalında aparıcılıq etməsi xəbəri sosial mediada müzakirəyə səbəb olub.
Verilən məlumatlara əsasən, Şeyma sosial media və səyahətlərlə bağlı proqramın aparıcılığını edəcək. İndiyə qədər bir çox dünya ölkələrinə səfər edən Şeymanın yeni veriliş üçün olduqca təcrübəli olduğu deylir.