İllər sonra Cəbrayılın Dağ Tumas kəndinə gedən Xəyyam dünyadan vaxtsız köçən anasının qəbrini ziyarət edə bilib. 28 illik həsrətə beləcə son qoyuldu.
Məzarın başdaşını qucaqlayan Xəyyam deyir ki, sanki anasını qucaqlayıb.
Qadin.Net bildirir ki, Baku TV-nin həmsöhbəti olmuş Xəyyam deyir ki, dünyadan 28 yaşında köçmüş anasının məzarını sonuncu dəfə 12 yaşı olanda ziyarət edib.