Qadin.NET / Yanvarın 1-dən Votsap bu telefonlarda işləməyəcək

Yanvarın 1-dən Votsap bu telefonlarda işləməyəcək

2021-ci il yanvarın 1-dən etibarən Votsap messenceri bəzi telefonlarda işləməyəcək.
Qadin.Net publika.az -a istinadla xəbər verir ki, Votsap əməliyyat sistemləri iOS 9 və Android 4.0.3-dək yenilənməyən mobil cihazlarda xidməti dayandıracaq.
Tətbiqin gələn ildən "HTC Desire", "LG Optimus Black", "Motorola Droid Razr" və "Samsunq Galaksi S2" modellərini dəstəkləməyəcək.
2021-ci ildən İOS Ayfon 4 üçün tətbiq xidmətlərini dayandırır. İstifadəçilər Ayfonun 4S, 5, 5S, 5C, 6 kimi modellərində İOS 9-dək yeniləmələri halında Votsapı işlədə biləcəklər.

27 dekabr 2020
GO BACK