Pandemiya dövründə İnstaqramda aktiv olan meqastar Tarkan bu dəfəki paylaşımı ilə yenə də müzakirələrə səbəb olub.
Axşam.az türk mətbuatına stinadən xəbər verir ki, ifaçı bu dəfə montaj proqramı vasitəsi ilə məşhur aktyor Brüs Li rolunda olub.
Onun bu paylaşımı sosial media istigadəçilərini həm güldürüb, həm də təəccübləndirib.
Montaj proqramı ilə öz üzünü Brüs Linin üzü ilə dəyişən Tarkan bu videosunu “Bruce T” yazısı ilə paylaşıb.