Almaniyada 101 yaşlı qadın ölkədə koronavirus əleyhinə peyvənd vurulan ilk şəxs olub.
“Bild” nəşri xəbər verir ki, qadına “Pfizer”/”BioNTech” şirkətlərinin vaksini vurulub.
Xəbərdə qeyd olunur ki, Almaniyada kütləvi peyvənd vurulma prosesi dekabrın 27-dən başlayacaq.