Qadin.NET / Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma

Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 1428 yeni yoluxma faktı qeydə alınıb, 4255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 38 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 46 238 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 12 507, hazırkı dövrədək isə 2 141 798 test aparılıb.
Ümumi ölənlərin sayı 2454 nəfərdir.
Ümumi yoluxanların sayı 213 192 nəfər, ümumi sağalanların sayı 164 500 nəfərdir

26 dekabr 2020
GO BACK