İngiltərənin Liverpul şəhərində yaşayan 46 yaşlı Ueyn Oldhemin başına tibdə nadir rast gəlinən hadisə gəlib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Koronavirusa yoluxan U.Oldhem vəziyyəti pisləşdikdən sonra komaya düşüb. Yanaşı xəstəliyi olmayan U.Oldhemin vəziyyəti getdikcə pisləşib. Ailəsinə vəziyyəti ilə bağlı məlumat verildikdən sonra onlar hətta dəfn mərasiminin təşkilinə də başlayıblar.
Lakin xəstə altı həftə sonra komadan ayılıb. 11 həftəlik müalicə prosesindən sonra isə sağalaraq evə buraxılıb. Bu zaman xəstədə qəribə bir vəziyyət üzə çıxıb. Belə ki, U.Oldhem şotland ləhcəsi ilə danışmağa başlayıb:
“Oyananda şotland ləhcəsi ilə danışırdım. Ayaqlarım ağrıyırdı və sağala bilməyəcəyimi düşünürdüm”.