İlon Maskın internet layihəsi olan “Starlink” peykinin istifadəçi razılaşması bəndlərindən birinin ciddi qəbul edilib-edilməməli olduğu maraq doğurur.
“Independent” nəşri məlumat yayır ki, hüquqşünaslardan və beynəlxalq hüquq mütəxəssislərindən bu barədə rəy alınıb.
Sənəddən belə çıxır ki, hər bir internet istifadəçisi gələcək Mars koloniyalarının suverenliyini tanımalıdır.
İlon Maskın zarafatları ilə bir təşəbbüskarın həqiqətən iddialı layihələri arasındakı sərhəd bəzən çox incədir.
Məsələn, 2016-cı ilin dekabrında amerikalı milyarder öz səhifəsində tıxaclarda “dəli olmamaq üçün” tunel qazan maşın yaradacağını yazıb. Başlanğıcda bu, tıxacda qalmış bir insanın sadəcə duyğusal bir şərhinə bənzəyirdi, lakin daha sonra İlon Mask “The Boring Company” şirkətini qurdu və həqiqətən Los-Anceles yaxınlığında bir tunel yaratdı.
Maskın Marsda bir qəsəbə yaratmaq planlarını dəfələrlə elan etməsi də az əhəmiyyət daşımır.
Hüquqşünaslar bildirib ki, müqavilənin qeyri-adi bəndini o zaman zarafat hesab eləmək olar ki, o, peyk internetinin sınaqlarından sonra istifadə şərtlərinin final versiyasında yox olsun.