“İşğaldan azad edilən ərazilərdə yeni qoruqların yaradılması üçün planlar hazırlanır”.
Qadin.Net-in verdiyi məlumata görə, bunu ETSN-nin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, işğaldan əvvəl milli park anlayışı yox idi:
“Artıq qanunvericilik milli parkların yaradılmasına imkan verir. Buna görə də yeni milli parklar yaradılacaq. Bu, imkan verəcək ki, yaxın gələcəkdə insanlarımız oraya getdikdə gözəl meşələrimizi gəzsinlər”.