Qadin.NET / II Elizabet həyat yoldaşı Filipp ilə birlikdə Milad bayramını təklikdə qeyd edir

II Elizabet həyat yoldaşı Filipp ilə birlikdə Milad bayramını təklikdə qeyd edir

Pandemiya səbəbindən Böyük Britaniya Kraliçası II Elizabet həyat yoldaşı Edinburq hersoqu Filipp ilə birlikdə Milad bayramını kral ailəsinin digər üzvlərindən ayrı olaraq qeyd edir.
Qadin.Net bildirir ki, bu barədə “İnterfaks” xəbər yayıb.
Cütlük bayramı ailənin bütün üzvlərinin Miladda ənənəvi olaraq toplandığı “Sandrihem” Sarayında deyil, “Vindsor” iqamətgahında qeyd edir.
II Elizabet bu il həmçinin ibadət tədbirinə qatılmaqdan imtina etmək məcburiyyətində qalıb.
Böyük Britaniya kraliçasının təbəələrinə Milad nitqi gözlənilir. Çıxış yerli vaxtla 15:00-a planlaşdırılıb.
Qeyd edək ki, pandemiya dövründə 94 yaşlı II Elizabet 99 yaşlı əri ilə “Vindsor” iqamətgahında qalıb.

25 dekabr 2020
GO BACK