Qış fəsli ilə soyuq hava və külək bir çox xəstəliyə və üz iflicinə də səbəb ola bilər.
DHA xəbər verir ki, bu barədə türkiyəli qulaq-burun-boğaz xəstəlikləri mütəxəssisi Sərdar Fərid Torpaq deyib.
Onun sözlərinə görə, koronavirusdan qorunmaq üçün taxılan maska insanı bir çox viral xəstəliklərdən qoruyur və soyuqdan yaranan üz iflici riskini azaldır.
O qeyd edib ki, bu il insanlar maska taxmağı tələb edən koronavirus səbəbindən üz iflici ilə daha az qarşılaşacaqlar.
“Ən çox rast gəlinən, pereferik dediyimiz sinirin başdan çıxdıqdan sonrakı zədələnməsinə bağlı olan üz iflicidir. Əsasən bunun səbəblərini tapa bilmirik. Ancaq ən çox günahlandırdığımız iki amil var. Birincisi soyuq olması, ikincisi viral xəstəliklər”.
Həkim bildirib ki, pandemiya müddətində maska taxmaq insanların soyuğa məruz qalmasını azaldacaq və nəinki koronavirusdan, hətta başqa viruslardan da onları qoruyacaq.