Qadin.NET / Gələn il pensiyalar neçə manat olacaq? - AÇIQLAMA

Gələn il pensiyalar neçə manat olacaq? - AÇIQLAMA

“Əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 263,59 manat, 2020-ci ilin ilk yarımilliyində 297,85 manat təşkil edib”.
Qadin.Net “Report” -a istinadən xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, 2020-ci ilin sonuna bu göstəricinin 301,1 manat, 2021-ci ildə isə 338,89 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 370 manat təşkil edir.

25 dekabr 2020
GO BACK