“İşğaldan azad olunan rayonlarda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin müxbir postlarının yaradılması istiqamətində iş gedir” .
Qadin.Net-in məlumatına görə, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bununla bağlı artıq müraciət olunub:
“Bu, bizim ideoloji hədəfimizdir. İndiki halda qeyri-mümkündür. Hələ ki, biz sadəcə çəkilişlərlə kifayətlənirik. Hazırda həmin ərazilər minalardan təmizlənir”.
“Təkcə AzTV deyil, bütün ölkə mediası həmin ərazilərdə müxbir postunun yaradılmasını istəyir. Növbəti ildə biz hərbi jurnalistikanın inkişaf etdirilməsi istiqamətində proqram hazırlamışıq. həmçinin 2021-ci ildə kadr potensialını gücləndirəcəyik”, - deyə o qeyd edib.