Qadin.NET / Ölkədə yeni iş yerləri yaradılacaq

Ölkədə yeni iş yerləri yaradılacaq

 Növbəti dövr ərzində ölkədə yeni iş yerlərinin yaradılması üçün 2021-ci ilin dövlət büdcəsindən vəsait ayrılacaq.
Qadin.Net-in məlumatına əsasən, yeni ictimai iş yerlərinin yaradılması və işsiz vətəndaşların müvafiq işlərlə təmin edilməsinə 159,8 milyon manat vəsait ayrılıb.

“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası olaraq işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi, təşkili mexanizminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı xərclərə aid edilib.

Eləcə də, ölkədə məşğulluq səviyyəsinin artırılması, işsiz şəxslərin işlə təmin olunması üçün tədbirlər davam etdiriləcək. İri dövlət müəssisələri - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC və s. üzrə yaradılmış 30 minə yaxın iş yerinin 2021-ci ildən Dost İş Mərkəzində təşkili, bu iş yerləri üzrə əməkhaqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

23 dekabr 2020
GO BACK