İlon Maskın sərvəti yalnız bir gün ərzində 8,8 milyard ABŞ dolları azalıb.
Bu, şirkətin S&P 500 indeksinə qoşulduğu ilk gün “Tesla” səhmlərinin satışından sonra baş verib.
“Forbes Real-Time” milyarderlərinin reytinqinə görə, 21 dekabrda onun sərvəti 144,7 milyard dollar olaraq qiymətləndirilib.
İndi o, dünyanın ən varlı adamları siyahısında üçüncü yerə qayıdıb.
“Forbes” xəbər verir ki, Mask hələlik Bill Qeytsi qabaqlayır, lakin Ceff Bezos və Bernard Arnodan geri qalır.
Bazar ertəsi günü “Tesla” S&P 500 indeksinə daxil edilib, lakin ilk ticarət günündə o səhmlərin 6,5 %-ni itirib. Səhmlərin satılması koronavirusun yeni ştammı təhlükəsinə görə başlayıb.